Gəncədə fəaliyyət göstərən "Grand Qafqaz" ticarət mərkəzi hərəcəyə çıxarılıb. Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir. Auction.az saytının məlumatına görə, hərrac avqustun 11-də baş tutacaq.
Hərraca çıxarılan bazarın minimum satış qiyməti 15 milyon 640 min manatdır.
Obyektin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir. Xatırladaq ki, bundan əvvəl də Vəliyevə məxsus 20 hektara yaxın ərazidə yerləşən "Grand Qafqaz Ticarət Kompleksi" bankdan götürülmüş kredit borcuna görə hərraca çıxarılmışdı. Bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 min manı qaytarılmamışdı. Bank bu vəsaitlərlə bağlı 109 milyon 960 min 960 manat faiz borcunu gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi hesablanmaqla ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.