Tanınmış reper Elşad Xose polisə şikayət olunub. Məlumatlara görə, onunla Sibirəz ərazisində çıxış etməsi barədə 5500 manatlıq sövdələşmə bağlanıb.
Sövdələşmə zamanı reperə əvvəlcədən 500 manat beh təqdim olunub. Lakin konsertin keçirilməsinə cəmi 4 saat qalmış Elşad Xose əvvəlcədən razılaşdırılmış qanunları pozaraq əlavə ödəniş edilmədiyi təqdirdə səhnəyə çıxmayacağını bildirib.
Məkan rəhbərliyi isə əlavə ödəniş etməkdən imtina edib. Nəticədə Elşad Xose konsertə gəlməyib və proqram baş tutmayıb.
Konsertin ləğv olunmasından sonra məkana gələn müştərilər rəhbərliklə müştərilər arasında narazılıq yaranıb.
Hadisənin ertəsi günü məkan sahibi Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək şikayətçi olub. Polisə çağırılan reper ifadəsində məkanın Sibirəzə aid olduğunu əvvəlcədən bilmədiyini bildirib.
Qarşı tərəf isə iddiaları təkzib edərək telefon danışıqlarını sübut kimi təqdim edib. Yazışmalarda məkanın Sibirəzə aid olduğu açıq şəkildə qeyd edildiyi üzə çıxıb.