Əməkdar artistin evində YANĞIN - RTV

Əməkdar artist Səlim Abbasovun evində yanğın baş verib. Hadisə onun mənzilindəki mətbəxdə, aspiratorda qısa qapanma nəticəsində yaranıb.

Səlim Abbasov bildirib ki, yanğının qarşısını almaq üçün dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət edib və yanğın böyümədən söndürülüb.

"Yaxşı ki, oyaq idim, yoxsa evdə hər şey yanardı."

deyə sənətçi hadisə ilə bağlı hisslərini bölüşüb.