Əməkdar artistin xanımı xəstəxanaya yerləşdirildi - RTV

Mərhum əməkdar artist Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı RTV-yə onun qızı Elnaz Əbluc Həsən yayıb.

Elnaz Əbluc Həsən bildirib ki, anasının vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılıb. O, ailəsinə kömək edilməsi üçün çağırış edib:

"Heç olmasa indi Həsən Əblucun ailəsinə kömək edilsin. Anam qalıb ac-sus, halsız evdə, ortalıqda."

Son məlumata görə, əməkdar artistin xanımı hazırda reanimasiyadadır.