Tovuz rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkar olunub.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan biri, əvvəllər məhkum olunmuş Yusif İsayev saxlanılıb. Onun üzərində olan çantaya baxış keçirilərkən 2 kiloqram marixuana, həmçinin heroin və metanfetamin aşkar edilib.
Bundan başqa, rayon ərazisində narkokuryerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Əsgər Hüseynov da saxlanılıb. Ondan isə 1 kiloqram çəkidə marixuana və heroin götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.