Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu - RTV

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Şəmkir rayonunun Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin qarşısında qeydə alınıb.

Hərbi xidmətə yola salınan çağırışçı Rüstəm Əbdüllayev, sürücü Təhminə Səfərovanın idarə etdiyi avtomobildən vurulub.

İlkin məlumata görə, hadisəni törədən sürücü hadisə yerindən uzaqlaşıb. Yaralı Rüstəm Əbdüllayev isə Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb.