Bakıda evdən külli miqdarda, 10 min manatdan çox oğurluq edən dəstə saxlanılıb. Xətai rayonunda yerləşən evlərdən birindən 9 min 500 manat nağd pul və qızıl zinət əşyaları oğurlanıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Quliyev Qurbanov və Cəmalov saxlanılıblar. Hazırda araşdırmalar davam etdirilir.