İyunun 11-də Culfa şəhərində beş mərtəbəli yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib. Yanğın nəticəsində 22 yaşlı Fidan Zeynalova və onun 3 yaşlı oğlu Emil Zeynalov həyatını itirib.
Fidan Zeynalova yanğın zamanı xəsarət alıb və müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun 3 yaşlı oğlu isə yanğının qurbanı olub.
Hadisə ilə bağlı araşdırma aparılır.