Ağcabədi rayonunda dəhşətli hadisə baş verib. Ağcabədi rayonunun Ağabəyli kəndində 33 yaşlı Əli Mərdan oğlu Mərdanov əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Mərdanovanı, daha sonra isə özünü bıçaqlayıb.
Hadisə nəticəsində yaralanan ər-arvad təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunublar.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.