Ukraynanın Xarkov şəhərinə Rusiya tərəfindən endirilən raket zərbələri nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynovanın ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin altıncı kurs tələbəsi olub. O, iyunun 30-da keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.
Hadisə zamanı Fatimənin refiqəsi də ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır. Fatimənin foto-sessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində, onun nəşinin yanında tapılıb.