Flora Kərimovanın son DURUMU - RTV

Tanınmış xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə olunurdu. Bu gün, saat 13:00-da isə sənətçi evə buraxılır.

Bu məlumatı müğənninin köməkçisi Yaqud İmanov verib. O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticələnib və həkimlərin qərarına əsasən sənətçi bu gün evə buraxılır.