Goranboy-Borsunlu-Gəncə yolunun rayonun Rəhimli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Belə ki, rayonun Veysəli kənd sakini, 1986-cı il təvəllüdlü Xəyalə Cəfərovanın idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürt kənd sakini, 1990-cı il təvəllüdlü Arzu Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub.
Qəza zamanı xəsarət alanlar dərhal Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevil Hüseynovanın verdiyi məlumata görə, 2026-cı il mayın 26-da saat 06:10 radələrində baş verən hadisə nəticəsində 7 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən ikisinin müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Digər beş nəfər ambulator müalicə üçün evə buraxılıb."
Xəsarət alanların Goranboy sakinləri olduqları və fəhlə olaraq işə gedərkən hadis