Füzuli rayonunda "Mercedes" markalı avtomobilin vurduğu 67 yaşlı piyada hadisə yerində ölüb.
Qəza rayonun Fıngə qəsəbəsi ərazisində baş verib. Asif Balabəyov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində olan piyadaya, 67 yaşlı Şahmurad Quliyevə, nəqliyyat vasitəsinin təkəri ilə zərbə endirib. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.