Gecəqonduların transformasiyası mövzusunda dialoq sessiyası keçirilib - RTV

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası, dünya üçün mənzil təminatı adlı dialoq sessiyası keçirilib.

Sessiyada BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Ana Claudio Rosspacks və Cənubi Afrikanın Vitvatersrand Universitetinin Memarlıq Məktəbinin professoru Meri Huster Meer çıxış ediblər.

Meri Huster Meer qeyd edib ki, San Paulo, Quanqjou və Bakı kimi şəhərlərdəki qeyri-rəsmi yaşayış məntəqələri tikinti sektorunda çalışan işçilərin qarşılanmamış mənzil tələbatını ödəyib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Ana Claudio Rosspacks bildirib ki:

"Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası məsələsi üzv dövlətlərlə birlikdə açıq işçi qrupunda da müzakirə olunub. Bu qrupa hal-hazırda Azərbaycan və Somali rəhbərlik edir."

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində 150-yədək tədbirin keçirilməsi nəzərdə tutulur.