Gəncədə qətl hadisəsi baş verib. 1963-cü il təvəllüdlü Əliyyə Əliyev bıçaqla xəsarətlər alaraq qətlə yetirilib.
Düşən dava zamanı qətlə yetirilən şəxsin oğlu, 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Təbibdən verilən məlumata görə, sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boynun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.
Məlumata görə, hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunun əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa cəlb edilib.