Gəncədə avtomobil mağazaya girdi - RTV

Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Əttarlar küçəsinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, prospektdə hərəkətdə olan Lada markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə bordüra, daha sonra yol kənarında yerləşən "Buta Qab Qacaq" mağazasına çırpılıb.

Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib. Qəza nəticəsində mağazada olan qab-qacaqların bir hissəsi avtomobilin altında qalaraq yararsız vəziyyətə düşüb.

Sahibkara xeyli ziyan dəydiyi bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Baş verən hadisə faktı ilə bağlı araşdırma aparılır.