Gəncədə dəhşət - Kişi arvadını baltaladı - RTV

Gəncə şəhərində məişət zəminində ağır xəsarətlərlə nəticələnən hadisə baş verib. Şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova bədənin müxtəlif nahiyələrindən açıq yaralarla xəstəxanaya yerləşdirilib.

Zərərçəkənə dərhal tibbi yardım göstərilib və vəziyyətinin hazırda kafi olduğu bildirilib. İlkin məlumata əsasən, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.