Gəncədə dəhşətli qəza - Əvvəl avtomobilə, sonra ağaca çırpıldı - RTV

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində "Toyota" və "Mercedes" markalı avtomobillər toqquşub.

Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və deformasiyaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.