Gəncə şəhərində ağır yol qəzası baş verib. Qəza Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb. Hadisədə Kia markalı avtomobil VAZ 2107 markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.