Goranboy rayonunda ağır yol qəzası baş verib. Hadisə zamanı "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşub.
Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, altı nəfər isə yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.