Göyçay sakinini ilan sancdı - RTV

Göyçay rayonunda bir kişi ilan sancması nəticəsində xəstəxanaya yerləşdirilib. Hadisə rayonun Şəkər kəndində qeydə alınıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyev mal otaran zaman ilan sancmasına məruz qalıb. Sakinlərin köməyi ilə o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada Eldar Əliyevə ilkin tibbi yardım göstərilib. Hazırda onun müalicə aldığı bildirilir.