Güclü isti, külək, yağış... - Sabahın havası - RTV

İyunun 15-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Yağışlar bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Dağlarda gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq.