Güclü leysan və dolu... - Sabahın hava PROQNOZU - RTV

Sabah, iyulun 19-da, Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nüsbət rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv leysan və dolu düşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şimal qərb küləyi əsəcək. Havanın temperaturu rayonlarda gecə 22-27, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda isə gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.