Hava ilə bağlı rəsmi XƏBƏRDARLIQ - Güclü yağış yağacaq - RTV

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək fasilələrlə yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, bəzi dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli intensiv və güclü yağışlar müşahidə olunacaq. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Yağışlar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.