Havanın temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ - RTV

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 25-29-da ölkə ərazisində havanın temperaturunun artacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38 dərəcə, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

İyulun 25-29-da respublikanın bəzi rayonlarında havanın maksimal temperaturunun 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.