Həftəsonu rayonlara gedənlərin nəzərinə! - RTV

Həftəsonu və yay mövsümü ilə əlaqədar respublika ərazisində, xüsusilə paytaxt bölgələrinə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının intensivləşəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin məlumatına görə, hərəkətin intensivliyinin artması yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırdığından, bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.

Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, həmçinin piyadalardan yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri xahiş olunur. Yol keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə edilməməlidir.

Şəhərlərarası və rayonlara gedən yollarda, həmçinin istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, sürücülər və piyadalar qarşılıqlı diqqətli və ehtiyatlı olmalıdırlar.