Həmyerlimiz Azərbaycan dilində danışdığına görə bıçaqlandı - Tbilisidə DƏHŞƏT - RTV

Tbilisidə baş vermiş hadisə nəticəsində 15 yaşlı Əli Mehdiəv bıçaq xəsarətləri alıb.

Hadisə qonşular arasında yaranmış mübahisə zamanı baş verib. Yeniyetmənin anası Sevinc Quliyeva, hadisənin oğlu işdən qayıtdıqdan sonra dostu ilə birlikdə küçəyə çıxarkən yaşandığını bildirib. Qadının sözlərinə görə, təxminən 55 yaşlı qonşuları oğluna yaxınlaşaraq onların Azərbaycan dilində danışmasına irad bildirib və təhqiredici ifadələr işlədib.

Quliyeva əlavə edib ki, mübahisə zamanı həmin şəxs 26 yaşlı oğluna yaxınlaşaraq ona beş bıçaq zərbəsi vurub. O, oğlunun əlindən qaçaraq təxminən 400 metr aralıda yerə yıxıldığını və bir litrdən çox qan itirdiyini qeyd edib.

Hazırda yeniyetmə reanimasiya şöbəsində müalicə olunur. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.