Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, xərçəng diaqnostikası və müalicəsində əldə olunan mühüm elmi nailiyyətlərə baxmayaraq, milyonlarla insan hələ də keyfiyyətli tibbi xidmətə çıxış imkanından məhrumdur.
Hesabata görə, hər 5 nəfərdən biri xərçəng diaqnozu alacaq. İnsanların 92%-i isə xəstəlikdən birbaşa, ya da ailə üzvləri vasitəsilə təsirlənəcək.
ÜST-ün Xərçənglə Mübarizə Bölməsinin rəhbəri doktor Andrey Ilbava bildirib ki, son illərdə xərçəngin müalicəsində böyük elmi irəliləyişlər əldə olunub.
Onun sözlərinə görə, bu inkişaf bütün ölkələr üçün eyni dərəcədə əlçatan deyil.
2026-cı il qlobal xərçəng hesabatında xərçəngin profilaktikası, diaqnostikası, müalicəsi və sonrakı qayğı xidmətlərində davamlı və dərinləşən bərabərsizliklərin mövcud olduğu vurğulanır.
Hesabatda hər il dünyada təxminən 2.6 milyon yeni xərçəng halı qeydə alındığı və 10 milyon insan bu xəstəlikdən həyatını itirdiyi bildirilir.
Proqnozlara əsasən, 2050-ci ilədək yeni xəstəliklərin sayı 35 milyona çata bilər.