Azərbaycanın cüdo üzrə dünya çempionu Hidayət Heydərov iki turnirdə iştirak edə bilmədiyi üçün sosial şəbəkədəki bəzi paylaşımlarına görə cəzalandırılıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsulov mətbuat konfransında məlumat verib.
Rəşad Rəsulov bildirib ki, Hidayət Heydərovun sosial şəbəkədəki bəzi paylaşımlarına görə intizam tədbiri tətbiq olunub.
O qeyd edib ki, Hidayət Heydərovun iki yarışda iştirak edə bilməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Bizim qaydalarımız hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Hər iki hadisədə Hidayət Heydərova cəza verilib. Bizim bu barədə əlavə danışmaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib," - deyə Rəsulov əlavə edib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakı Milli Gimnastika Arenasında təşkil olunacaq.