Ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci və dördüncü ixtisas qrupları üzrə ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, nəticələr növbəti həftənin əvvəllərində açıqlanacaq.
Xatırladaq ki, birinci və dördüncü ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2023-cü il tarixində keçirilib.