İctimai nəqliyyatda cibgirlik edən KAMERALARA DÜŞDÜ - RTV

Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan "iPhone" markalı mobil telefonunun talandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməllərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Mammadov müəyyən edilərək saxlanılıb.

Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.