Bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən "İdrak" liseyində silahlı insident baş verib.
10-cu sinif şagirdi evdən atasının ov tüfəngi ilə məktəbə gəlib və riyaziyyat müəlliməsi, 29 yaşlı Şəhla Kamilovanı boyun nahiyəsindən vurub.
Hazırda Şəhla Kamilova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Şagirdin ov tüfəngini məktəbə necə gətirdiyi və hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Hadisə şahidi:
"Avtomatı yerə atdı. Mən də götürdüm onu verdim. Bilmirdim nə baş verib. Ona görə elə bildim zarafat zadı. Sonra işlədi. Dedilər zarafat zadı."
Digər şahid:
"Dünən dünən məktəbə demişik ki, hadisəni törədəcək."
Şagirdin sinif yoldaşı:
"Uşaq yaxşı uşaq idi. Çox yaxşı uşaq idi. Müəllimlə nəsə nəsə alıb verə biləcək bir şey var idi? Yox, yox, hər şey yaxşı idi. Prosta nəsə bilmirəm. Nəsə oldu."
Güllələnən 29 yaşlı müəllimə Şəhla Kamilova Bakı Dövlət Universitetinin məzunudur.
RTV-nin məlumatına görə, hadisə yemək vaxtı baş verib. Hadisə üçüncü mərtəbədə qeydə alınıb.