"İdrak" liseyində baş verən hadisənin təfərrüatı - RTV

Bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən İdrak liseyində silahlı insident baş verib. Belə ki, 10-cu sinif şagirdi evdən atasının məxsus olan ov tüfəngi ilə məktəbə gəlib və həmin liseyin riyaziyyat müəlliməsi 29 yaşlı Şəhla Kamilovanı boyun nahiyəsindən vurub.

Hazırda müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Şagirdin ov tüfəngini məktəbə necə gətirdiyi və hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Güllələnən 29 yaşlı müəllimə Şəhla Kamilova Bakı Dövlət Universitetinin məzunudur. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.