"İdrak"da müəllimini güllələyən şagirdlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR - RTV

İdrak Liseyində 29 yaşlı riyaziyyat müəllimi Şahla Kamilovanı odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, dörd ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb.

İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib.

Bu əsasla, həmin şəxsə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə verilmiş ittiham 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.

İş üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılıb.