Naxçıvan Muxtar Respublikasının Babək rayonunda baş verən qəzada həyatını itirən Nail Əlizadənin tələbə olduğu məlum olub. Bu barədə Naxçıvan Musiqi Kolleci məlumat yayıb.
Qeyd edilib ki, Nail, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin üçüncü kursunda təhsil alırmış. Kollecin kollektivi mərhumun ailəsinə başsağlığı verib.
Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Babək rayonunun Çeşməbasar kəndi ərazisində Hyundai markalı avtomobil aşıb. Nəticədə ağır xəsarətlər alan Əlizadə Nail İlhamoğlu xəstəxanada vəfat edib. Hadisə zamanı daha beş nəfər yaralanıb.