2023-cü ilin 6 ayı ərzində prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ inzibati xətalar törədildikləri üçün 8 prokuror vəzifəsinə intizam məsuliyyətinə cəlb olunub.
Prokurorluğun 2023-cü ilin birinci yarısında görülən işlərin yekununa dair kollegiya iclasında bu barədə məlumat verilib.
Qeyd edilib ki, onlardan altısına töhmət və ya şiddətli töhmət verilib. İki nəfər isə tutduğu vəzifədən azad olunub.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.