Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iki gün əvvəl dəm qazından zəhərlənən altı uşaqdan biri dünyasını dəyişib. İlkin müayinələrdən sonra evə buraxılan çoxuşaqlı ailənin üzvlərindən birinin vəziyyəti qəfil pisləşib.
2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya, "Təcili Yardım" şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, video başlığında uşağın 2 yaşlı olduğu bildirilir.