İmişlidə şagird vəfat etdi - RTV

İmişli rayonunun M.Məmmədov adına Qızılağac kənd tam orta məktəbinin şagirdi Vəfa Bədəlzadə vəfat edib.

Məktəbin sosial şəbəkə hesablarında yayılan məlumata görə, Vəfa Bədəlzadənin vəfatı məktəb kollektivini dərindən sarsıdıb.

Məktəb kollektivi Vəfa Bədəlzadəni əziz və parlaq şagird kimi xarakterizə edib. Bildirilib ki, onun şən gülüşünü, xeyirxahlığını və məktəb həyatındakı fəallığını heç vaxt unutmayacaqlar.

Vəfa Bədəlzadənin xatirəsi ürəklərdə daima yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun.