Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış - RTV

Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərbi qulluqçuların hərbi təhlükəsizliyinin təmin olunması və şəxsi həyatın məxfiliyi ilə bağlı çağırış edib. Bu məsələ ilə bağlı vacib qaydalar Nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.

Yayımlanan videomaterialda qeyd olunur ki, hərbi intizamın qorunması, təhlükəsizliyin təmin olunması və şəxsi həyatın məxfiliyi ümumvətəndaş məsuliyyətidir. Hərbçilərə telefonla mənfi xəbərlərin ötürülməsi ilə bağlı məsələlər də diqqətə çatdırılıb.

Son aparılan araşdırmalar göstərir ki, hərbi qulluqçulara ötürülən neqativ məlumatlar, onların ailə üzvləri ilə telefon danışıqları zamanı baş verən hadisələr nəticəsində ortaya çıxır. Bu cür halların qarşısının alınması üçün müvafiq qaydalar hazırlanaraq ictimaiyyətlə paylaşılıb.