Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib. Müğənni infarkt keçirib. Təcili yardımın ilkin müdaxiləsindən sonra İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan İslamzadə atasının hazırda xəstəxanada olduğunu və həkimlərin baxış keçirdiyini bildirib. Ayxan İslamzadə qeyd edib:
"Vəziyyəti hal-hazırda stabil bildirilir. Ola bilər günortadan sonra həkim baxışından sonra təyin olunacaq ya palataya keçiriləcək ya da ki, hələ ki reanimasiyada qalacaq. İndi bilmirəm. Günorta bilinəcək."
Ayxan İslamzadə həmçinin əlavə edib ki, bu, Akif İslamzadədə ürək problemi ilə bağlı ilk haldır.
RTV APA-ya istinadən xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu məsələ ilə bağlı açıqlama verib. İlqar Tahiroğlu bildirib ki, Akif İslamzadə dünən gecə saat 01:00