Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ərazisində səkkiz azyaşlı olmaqla ümumilikdə qırx iki nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.