İş günü qısaldılacaq: Tarix açıqlandı - RTV

Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü elan edilib. Bu barədə RTV məlumat yayıb.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu norma Qurban Bayramı ilə əlaqədar olaraq tətbiq olunacaq.

27 və 28 may tarixlərində qeyd olunacaq Qurban Bayramı ilə əlaqədar olaraq, 26 may ölkə üzrə qısaldılmış iş günü olacaq. Həmçinin qeyd edilir ki, 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri hesab olunacaq.