İslam Rzayev haqda QƏRAR VERİLDİ - RTV

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib.

Məlumatı eks icra başçısının vəkili Elvin Əliyev də təsdiqləyib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını bildirib.

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda həbs edilib. Hazırda o, külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.