İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya uçqunu nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. RTV-nin məlumatına görə, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala düşüb. Bu səbəbdən hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hadisə Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin müvəqqəti kəsilməsinə səbəb olub. Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb edilib.
Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi məqsədilə təmizlənmə və bərpa işləri davam etdirilir.