İsmayıllıda avtomobil qəzası baş verib. Yoldan çıxan maşın maneəyə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Məmmədov İlxam Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.