İsmayıllı rayonunda bir nəfər spirtdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hadisə şəhər ərazisində qeydə alınıb.
İsmayıllı şəhər sakini, 55 yaşlı Elşən Dəmirov yaşadığı evdə xeyli miqdarda texniki spirt içib. Nəticədə o, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxana İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərir.
Hazırda Elşən Dəmirovun vəziyyətinin ağır olduğu bildirilir.