İyulun 2-nə gözlənilən hava şəraiti AÇIQLANDI - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda isə gecə 9-14, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 24-28 dərəcə isti təşkil edəcək.