İyulun 9-u gözlənilən hava şəraiti AÇIQLANDI - RTV

İyulun 9-u üçün hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi ətraf ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu dağlarda gecə 20-24, gündüz 27-32 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq. Ovalıq ərazilərdə gecə 22-27, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti, bəzi yerlərdə isə 27-29 dərəcə isti olacaq.