Cənubi Amerikada daha əvvəl görünməmiş soyuq hava dalğası hökm sürür. Avropa bu yay istihava dalğalarından əziyyət çəkərkən, Cənubi Amerikanın cənub bölgələri son 10 illiklərdə görünməmiş rekord temperatur və qar yağışı ilə müşahidə olunur.
Antarktidadan Arktikaya bənzər hava axını Argentinanın mərkəzi və şimal hissələrinə təsir edəcək. Dağlıq ərazilərdə 30-50 santimetr qar yağacağı proqnozlaşdırılır.
Bildirilir ki, yeni soyuq hava dalğası iyulun 17-də başlayacaq və bir həftədən çox davam edəcək.