İyunda 10 gün iş olmayacaq - RTV

RTV-nin məlumatına görə, iyun ayında 10 gün iş günü olmayacaq.

Bildirilir ki, iyun ayında qeyri-iş günü hesab olunan iki bayram qeyd ediləcək. Bunlar 15 iyun Milli Qurtuluş Günü və 26 iyun Silahlı Qüvvələr Günüdür.

Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27 və 28 iyun tarixləri şənbə və bazara təsadüf edir.

Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün iyun ayında ümumilikdə 10 gün qeyri-iş günü olacaq.